Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzindəki yanğında itkin düşmüş hesab edilən 6 İran vətəndaşından 5-nin sağ olduğu bildirilib.
Senzor.az bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, həmin şəxslər Gürcüstandadır.
İran səfirliyinin məlumatına görə, bu vətəndaşlar Ermənistan ərazisindən keçərək Gürcüstana gedirmişlər.