Azərbaycanın tanınmış müğənnisi, aktrisa Firəngiz Rəhimbəyova (Rəhimbəyli) vəfat edib.
Senzor.az bildirir ki, bu barədə KİV-ə onun yaxınları məlumat veriblər.
62 yaşında ürək tutmasından dünyasını dəyişən Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində doğulub.
1980-ci illər Azərbaycan estradasının əsas simalarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi görkəmli bəstəkarlarla işləyib.
Bir sıra filmlərdə rol alan Firəngiz Rəhimbəyova daha çox "Bəxt üzüyü" filmindəki Seda rolu ilə məşhurluq qazanıb.
1999-u ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.
Allah rəhmət eləsin!