Sumqayıtda 2 meyit tapılıb.
APA-nın məlumatına görə, hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb. Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb.
Meyiti tapılan qadının 1988-ci il təvəllüdlü Paşayeva Vüsalə Çingiz qızı olduğu bildirilir.
40-45 yaşlarında olduğu bildirilən kişinin kimliyi isə hələlik məlum deyil.
Onların ər-arvad olduğu ehtimal edilir.
Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.