"Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmaq istəyənlər saxlanıldı - 7 NƏFƏR

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Viktoriya" oyunu ərəfəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

 

Senzor.az bildirir ki, bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb. Onların üzərindən 300-dən artıq müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən bilet aşkarlanaraq götürülüb.

 

Həmin şəxslərin əməlində İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə müvafiq olaraq, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasının tərkib əlamətləri olduğuna görə hər biri barəsində protokol tərtib olunaraq, 700 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq edilib.

 

"Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir", - DİN-in açıqlamasında bildirilib.

 

Xatırladaq ki, "Qarabağ" – "Viktoriya" matçı bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.