Bakıda hava nəqliyyatında təhlükəsizlik məsələləri müzakirə olundu

Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya Təhlükəsizliyi üzrə İdarələrarası Komissiyanın növbəti iclası keçirilib.

 

Senzor.az "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətinə istinadən bildirir ki, iclasda "Azərbaycan Hava Yolları" QSC-nin, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatında güc strukturlarının və aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.

 

İştirakçılar mülki aviasiyanın hal-hazırda bütün dünyada üzləşdiyi çağırışları, Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin və yük terminallarında aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra əsas məsələləri müzakirə ediblər, gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının əsas prioritetləri müəyyən olunub.

 

Görüşdə aviasiya təhlükəsizliyi mədəniyyətinin hərtərəfli tətbiqinin zəruriliyi və aviasiya təhlükəsizliyinin təmin edilməsinin "Azərbaycan Hava Yolları" üçün birinci dərəcəli prioritet kimi vacibliyi vurğulanıb.

 

AZAL-ın bütün strukturları bu məsələyə digər idarələrlə əlaqəli şəkildə bundan sonra da böyük diqqət göstərəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.