Ermənistanda sahibkarlar etiraz aksiyası keçririrlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlar "Surmalu" ticarət mərkəzində baş vermiş partlayışdan sonra bəzi bazar və molların təhlükəsizlik tədbirlərinin zəif olması səbəbindən bağlanmasına etiraz edirlər.
“Ərazidəki bütün mağazalar açıqdır. Bircə “Petak” bağlıdır, niyə, səbəb nədir? Bütün təhlükəsizlik tədbirləri ilə bağlı tədbirlərimiz normalara uyğundur”, - etirazçılardan biri jurnalistlərə açıqlamasında ticarət mərkəzinin açılmasını tələb edib.
Etirazçılar həmçinin qeyd ediblər ki, ticarət mərkəzində biznesləri olan iş adamlarının xeyli maliyyə itkiləri yaranıb, məhsullar isə yığılıb qalıb. Etirazçılar bizneslərini əsasən kreditlər hesabına qurduqları üçün onu necə bağlayacaqlarını da sual ediblər.