Bakı sakinləri Cəlilabadda 10 kq narkotiklə tutuldular - FOTO

Bakı sakinləri Cəlilabadda 10 kiloqram narkotiklə tutulublar.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

 

Məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri-əvvəllər məhkum olunmuş Akşin Qəniyev və Fədail Qəniyev Cəlilabad rayonu ərazisində saxlanılıblar. Onlardan 3 kiloqrama yaxın heroin, 1 kiloqram 240 qram tiryək, 5 kiloqramdan artıq marixuana və 835 qram metamfetamin aşkarlanaraq götürülüb. 

 

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birində yaşayan narkotacir vasitəsilə əldə ediblər və ölkə ərazisində satışını təşkil etmək niyyətində olublar.

 

Faktla bağlı polis şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.