Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında qeyri-adi formada oğurluq olub.
Xəzər TV xəbər verir ki, xəstəxana işçisi olmayan naməlum qadın əyninə xüsusi təmizlik işçilərinin formasını geyinərək, otaqları bir-bir gəzib. O, həkimlərə məxsus pul, qızıl, bəzi tibbi ləvazimatları götürərək aradan çıxıb.
Qadın xəstəxanaya əyninə təkcə xüsusi təmizlik işçilərinin formasını geyinərək yox, həm də baş geyimi və maska taxaraq daxil olub.
Kameralara da düşən qadının oğurluğu hər kəsi təccübləndirib. Xəstəxanaya giriş qapısından daxil olan bu şəxs bir saat ərzində içəridə qalıb.
Faktı Sumqayıt Şəhər Polis İdarəsi də təsdiqləyib. Hazırda naməlum şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.