Türkiyənin səhiyyə naziri Fahrettin Koca koronavirusa yoluxub.
Senzor.az bildirir ki, bunu Fahrettin Koca “Tvitter” səhifəsində yazıb.
"Beş gün əvvəl COVID-19 testim müsbət çıxdı. Epidemiya ilə mübarizə qədər vacib hesab etdiyim işi onlayn görüşlərlə davam etdirirəm. Tezliklə dostlarım arasında olacağam", - nazir qeyd edib.