Özünü qazi kimi təqdim edən şəxs həbs olundu

 

Sosial şəbəkələrdə videomüraciətlər yayaraq Füzuli rayonunda məmurların himayə etdiyi qoçu dəstələri tərəfindən evinə hücum edildiyini, evinin dağıdıldığını iddia edən şəxs həbs olunub.

 

Füzuli Rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya verilən məlumata görə, özünü Qarabağ qazisi kimi təqdim edən Elçin Əsədov hüquq-mühafizə orqanları tərəfindən aparılmış araşdırmalardan sonra saxlanılıb. Məlum olub ki, onun yaşadığı evə heç bir hücum olmayıb, ev əşyalarının sındırılması və dağıdılması görüntüsünü Elçin Əsədov özü qəsdən yaradıb.

 

Onun barəsində başlanılmış inzibati xəta haqqında iş baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən onun barəsində inzibati qaydada həbs qərarı çıxarılıb.

 

Qeyd edək ki, E.Əsədov vaxtaşırı sosial şəbəkələrdə Qarabağ müharibəsi qazisi adından istifadə edərək videomüraciətlər yayıb. Füzuli Rayon İcra Hakimiyyətinin açıqlamasında onun məmurlar və iş adamlarını şantaj edərək maddi qazanc əldə etdiyi bildirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.