Lənkəran sakininin Kürdəmirdə bıçaqladığı qadın onun 7-ci arvadı imiş... TƏFƏRRÜAT, YENİLƏNİB

Xəbər verdiyimiz kimi, ötən gecə Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Hikmət Fikrət oğlu Əhədov ailə münaqişəsi zəminində Kürdəmirin Topalhəsənli kəndində arvadı, 1998-ci il təvəllüdlü Nargilə Eldəniz qızı Əkbərovanı və onun nənəsi, 1960-cı il təvəllüdlü Kifayət Hüseyn qızı Məmmədovanı bıçaqlayıb.

 

Daha sonra H.Əhədov özünə də xəsarət yetirib. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

“Qafqazinfo”nun məlumatına görə, ilkin araşdırmalar zamanı məlum olub ki, Hikmət Əhədov əvvəllər 6 dəfə ailəli olub. O, 5 ay əvvəl Bakıda Ağsu rayon sakini olan 1998-ci il təvəllüdlü Nargilə Ələkbərova ilə tanış olub və onlar ailə qurublar. Lakin 2 ay sonra H.Əsədovun qeyri-sağlam həyat tərzi sürməsi səbəbindən 24 yaşlı Nargilə Bakıdan Ağsunun Ərəbmehdibəy kəndinə - anasıgilə qaçıb. Bu müddət ərzində H.Əhədov onu axtarıb və Nargilənin daha sonra Kürdəmirin Topalhəsənli kəndində nənəsigildə qaldığını öyrənib. Kürdəmirə gələn Hikmət Əhədov onların yaşadığı evi tapıb və ötən gecə mənzilə basqın edərək əvvəlcə Nargilə ilə nənəsini, sonra isə özünü bıçaqlayıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

**10:26


Kürdəmirin Topalhəsənli kəndində kişi arvadını və onun nənəsini bıçaqladıqdan sonra özünə xəsarət yetirib.

 

"Report" xəbər verir ki, Lənkəran rayon sakini, Hikmət Fikrət oğlu Əhədov ailə münaqişəsi zəminində arvadı Nargilə Eldəniz qızı Əkbərovanı və onun nənəsi Kifayət Hüseyn qızı Məmmədovanı bıçaqlayıb.

 

Daha sonra H.Əhədov özünü bıçaqlayıb. Yaralıların hər üçü "təcili yardım" avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Qeyd edək ki, çütlük 5 ay əvvəl ailə qurub.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.