Bakıda 13 yaşlı qız ana olub.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
K.Ağazadə deyib ki, həmin qız körpəni ötən gün ev şəraitində dünyaya gətirib: “Ana xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməyini xahiş edir".
Mərkəz rəhbəri onu da qeyd edib ki, qız ona təcavüz nəticəsində hamilə qaldığını deyib.
Hüquq-mühafizə orqanlarından KİV-in sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı gün ərzində açıqlama veriləcək.