Ukraynada döyüşən azərbaycanlı qadınlar
FOTO

Ukraynada altı aydan çoxdur ki, davam edən müharibədə iştirak edənlər arasında azərbaycanlı qadınlar da var.

 

Modern.az-ın məlumatına görə, soydaşlarımız Ukraynanın müdafiəsi üçün ön və arxa cəbhədə fəal şəkildə mübarizə aparırlar. 

 

Azərbaycanlı qadınlar döyüşlərdə həm əsgərlərə kömək edir, həm də tibbi işlərlə məşğul olurlar. Rusiya ordusuna qarşı döyüşlərdə iştirak edən qadınlarımızın sayı təxminən beş nəfərdir. 

 

Onların arasında Leyla və Dərya adlı azərbaycanlı bacıları qeyd edə bilərik. Onlar hazırda döyüş bölgəsində tibb bacısı kimi xidmət göstərirlər. 

Kiyevdə yaşayan Leyla Muxtarova və Dərya Hüseynova müharibənin ilk günlərindən tibb bacısı kimi cəbhəyə yollanıblar. Tibb təhsili almış bacılar döyüşdə yaralanmış hərbçilərə və mülki sakinlərə yardım edərək, onlarla insanın həyatını xilas ediblər. 

 

Leyla və Dərya bacıları müharibə başlayanda övladlarını Azərbaycana aparıb, daha sonra özləri geri qayıdaraq döyüşlərə qoşulublar. Hazırda müharibənin ən gərgin nöqtələrində xidmətlərinə davam edirlər.

 

Ukraynada döyüşdə iştirak edən digər qadın soydaşlarımız təhlükəsizliklə əlaqədar adlarının açıqlanmasını istəmirlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.