Ağcabədi sakini qohumunu güllələdi

Ağcabədi sakini qohumunu güllələyib.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə (RPŞ) bir nəfər rayon sakininin qol nahiyəsindən güllə yarası alması ilə bağlı xəstəxanadan məlumat daxil olub.

 

Məlumatla əlaqədar Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

 

Araşdırmalarla müəyyən olunub ki, rayon sakini Laiq İslamov yaranan münaqişə zəminində öz qohumuna tapançadan atəş açaraq xəsarət yetirib. Keçirilmiş tədbirlərlə L.İslamov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun ailə üzvlərinə məxsus fermaya baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança və həmin tapançaya məxsus daraq aşkar edilərək götürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.