Bakıda daha 44 narkotik alverçisi tutuldu

Nizami Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son bir həftə ərzində “Keşlə”, “8-ci kilometr” qəsəbələri və digər ərazilərdə keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 15 nəfər saxlanılıb.

 

Senzor.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, onlardan ümumilikdə 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik heroin, marixuana, tiryək və metamfetamin aşkar edilib. 

 

Saxlanılan şəxslər Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin qanunsuz dövriyyəsini həyata keçirdiklərini bildiriblər.

 

Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları isə son 10 gün ərzində keçirilmiş əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfəri tutublar. 

 

Aşkarlanan bütün faktlarla əlaqədar İdarənin istintaq şöbəsində araşdırmalar davam etdirilir.

Nizami və Yasamal rayonları ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası istiqamətində əməliyyatlar davam etdirilir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.