Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Vadim Qocayev və onun atası Alik Qocayev dəfn ediliblər.
Senzor.az bildirir ki, hər iki şəxs Qobustan rayonunun Sündü kənd qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu V.Qocayevin atası A.Qocayev ürəktutmadan dünyasını dəyişib.
Belə ki, V.Qocayevin nəşini gətirmək üçün Gəncəyə yollanan A.Qocayev oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.
Onu da qeyd edək ki, şəhid Vadim Qocayevin bir qardaşı DSX-da xidmət edir, digəri də əsgərdir.
Şəhidin bir yaşlı qızı və doğulmamış körpəsi var.
Allah rəhmət eləsin!