Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 234 yeni yoluxma faktı qeydə alınıb, 337 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 819 124 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 433 nəfər müalicə olunaraq sağalıb, 9 881 nəfər vəfat edib, aktiv xəstə sayı 1 810 nəfərdir.
Ölkədə son sutka ərzində 2 929, hazırkı dövrədək isə 7 209 734 test aparılıb.