Xalq artisti Əminə Yusifqızı səhhətinin pis olmadığını deyir.
Bunu “Report”a açıqlamasında 85 yaşlı Xalq artisti özü bildirib.
“Vallah yadımda deyil. Ola bilər elə vaxtıma düşüb, elə demişəm ki, səhhətim çox pisdir. Yaşlı adamam, hər şey ola bilər, səhhətim barədə hər şey deyə bilərəm”, - o, əlavə edib.
Qidalanmasına gəlincə, Ə.Yusifqızı bunları söyləyib: “Ümumiyyətlə, yaşlı adamlar çox az yeyir. Ona görə mən də az-az yeyirəm. Deyirlər e, uzandı durmadı. Mən də elə deyirəm… Doğrudan da yaşım çoxdur. İndi hər şey qaydasındadır”.
Xatırladaq ki, Ə.Yusifqızı sentybarın 21-də səhhətinin pis olduğunu, bir həftədir qidalanmadığını bildirmişdi.
**11:56
Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhəti pisləşib, o, qida qəbul edə bilmir.
Bu barədə “Report”a aktrisanın özü məlumat verib.
85 yaşlı Xalq artisti bir neçə gündür səhhətində problemlərin yarandığını və özünü yaxşı hiss etmədiyini bildirib.
O, səhhətindəki problemlərlə əlaqədar artıq bir həftədir yemək yeyə bilmədiyini vurğulayıb.
Qeyd edək ki, tanınmış aktrisa, “Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. onlarla filmdə və televiziya tamaşalarında çəkilib.