Müğənni Rəhim Rəhimli Bülbülə qəbiristanlığında dəfn olundu - YENİLƏNİB, FOTO


Müğənni Rəhim Rəhimli ilə evində vida mərasimi keçirilib.

 

Senzor.az bildirir ki, vida mərasimindən sonra onun cənazəsi Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gətirilib və mərhum qəsəbə qəbiristanlığında dəfn edilib.

 

Vida və dəfn mərasimlərində R.Rəhimlinin ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

**09:00



Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.

 

Senzor.az bildirir ki, bu barədə Xalq artisti Faiq Ağayev “Instagram” hesabında paylaşım edib.

 

İfaçının prodüseri Həmzə Məmmədli KİV-ə açıqlamasında bildirib ki, son zamanlar sənətçinin ürəyində problemlər olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında evində ürəktutmadan dünyasını dəyişib.

 

Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.

 

Qeyd edək ki, 43 yaşlı R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” telekanalının direktoru işləyib.

 

Allah rəhmət eləsin!  






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.