Qubada piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupuna istinadən bildirir ki, rayon sakini 33 yaşlı Xəyalə Mustafayevanı avtomobil vurub.
Qəzanı törədən Quba RPŞ-nin əməkdaşı tərəfindən yaralıya ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxsin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.