Bakıda şadlıq sarayında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, Xətai rayonu, Babək prospektində yerləşən “Şahzadə” şadlıq sarayında keçirilən toyda qonaq olan 1964-cü il təvəllüdlü Behbud Ələkbərov ehtiyatsızlıqdan pilləkəndən yıxılıb.
Ağır kəllə-beyin travması alan B.Ələkbərov xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.