Türkiyənin Bursa şəhərində yaşayan Adem Keskin adlı mebel ustası iş yerinə paraşütlə gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kıranköy Yaylasından paraşütlə havaya qalxan Adem Keskin işlədiyi mebel fabrikinin bağçasına enib.
İş yoldaşları onun çalışdığı müəssisəyə paraşütlə enməsini telefonla çəkərək sosial şəbəkələrdə ictimailəşdiriblər.
Qeyd olunur ki, Adem Keskin paraşüt həvəskarıdır və tez-tez yüksək dağlıq ərazilərdə öz bacarığını nümayiş etdirir.
Adem Keskin özü də açıqlamasında 10 ildir ki, yamac paraşütü ilə peşəkar şəkildə maraqlandığını və uzun müddətdir işə paraşütlə getməyi xəyal etdiyini bildirib.