Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 7 azyaşlı saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən məlumat verilib.
Belə ki, oktyabrın 3-də saat 03:30-da DSX-nın Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstandan Azərbaycan istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmağa cəhd göstərən 7-si azyaşlı olmaqla 8 nəfər Azərbaycan vətəndaşları saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin dilənmək məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri məlum olunub.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.