Paytaxtda qadın evə silahlı basqın edib.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edən paytaxt sakini olan bir qadın oktyabrın 6-da günorta saatlarında Binəqədi qəsəbəsindəki yaşadığı evin həyətində naməlum şəxsin olmasını, daha sonra evə daxil olaraq bıçaqla onun üzərinə gəlməsini və kömək çağırmaq üçün çölə qaçdıqda həmin şəxsin evdə olan 400 manat pulu və mobil telefonu talayıb apardığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Röya Həsənova müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.