Yardımlıda meşədə 26 yaşlı şəxsin meyiti tapılıb.
APA xəbər verir ki, Odurakəran kənd sakini, 1996-cı il təvəllüdlü Hakim Zahidovun meyiti kəndin yaxınlığında yerləşən meşəlik ərazidə ip ilə ağacdan asılmış vəziyyətdə aşkar edilib.
Meyitin xarici müayinəsi zamanı heç bir xəsarət və zorakılıq əlaməti aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.