Paytaxtda 14 yaşlı qız itkin düşüb.
Senzor.az-ın məlumatına görə, hadisə oktyabrın 17-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Məmmədova Nərmin Elçin qızı saat 01 radələrində 200 manat pul və mobil telefonu götürüb yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.