Paytaxtın Binəqədi rayonunda kütləvi dava olub.
APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 19 yaşlı Sahib Fərhad oğlu Eyvazov və onun dostu - hələlik adı bilinməyən gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.