Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran şəxs danışdı: “KOMADA OLMUŞAM”
VİDEO

Bakı-Sumqayıt yolunda ard-arda beş maşın vuran sürücü hadisənin necə baş verdiyi barədə danışıb.

 

Baku.TV-yə açıqlama verən sürücü Elməddin Abbasov deyib ki, özü şəkər xəstəsidir və meyvə alveri ilə məşğuldur: “2009-cu ildən şəkər xəstəliyindən əziyyət çəkirəm. Məndə şəkər qalxıb-düşür. Ona görə də cibimdə həmişə konfet gəzdirirəm. Hadisə günü işimlə əlaqədar “Meyvəli” bazarından çıxandan sonra bir konfet yeyib yola düşmüşəm. 6-cı mikrorayona getməli idim, gedib çıxmışam Sumqayıta. Sosial şəbəkələrdə bilib-bilmədən danışanlara demək istəyirəm ki, şəkər xəstəsiyəm və komada olmuşam”.

 

Sürücü onu da əlavə edib ki, işi maşınla meyvə alıb-satmaqdır: “Bugünə qədər belə bir problem yaşamamışdım. Ailəmi, uşaqlarımı bu iş sayəsində dolandırıram”.

 

Daha ətraflı Baku.TV-nin süjetində:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.