Şirvan sakinləri - 58 yaşlı qadın və 34 yaşlı kişi özlərini asaraq intihar ediblər.
APA xəbər verir ki, gündüz saatlarında Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində qəsəbə sakini, 1964-cü il təvəllüdlü Həsənova Duriyyə Ərəbxan qızı özünü yaşadığı fərdi yaşayış evində asaraq intihar edib. İntihar edən qadının yaxınlarının bildirdiyinə görə qadının psixoloji problemləri olub.
Daha bir intihar hadisəsi Şirvan şəhərinin “Köhnə Şəhər” adlanan massivində baş verib. Şəhər sakini, 1988-ci il təvəllüdlü Məmmədov Natiq yaşadığı evdə intihar edib. İntiharın səbəbləri məlum deyil.
Hər iki faktla bağlı Şirvan Rayon Prokurorluğunda araşdırma aparılır.