İstanbulun Büyükçekmece rayonunda inşaat sahəsində qazıntı zamanı insan skeletləri tapılıb.
Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
İlkin məlumata əsasən, ərazidə 5 skelet qalığı aşkar olunub.
Cəsədlərin dini üsullarla basdırıldığı müəyyən edilib. Həmin ərazinin köhnə məzarlıq olduğu güman edilir.(APA)