Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dəfn edilib.
Senzor.az bildirir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Mərasimdə sabiq nazirin ailə üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, F.Məmmədov noyabrın 3-də Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.
Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində işləyib.
**18:16(04.11.2022)
Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun cənazəsi Bakıya gətirilib.
Bu barədə onun ailəsindən məlumat verilib.
Bildirilib ki, sabiq nazirin cənazəsi yaşadığı evə aparılıb.
F.Məmmədov noyabrın 5-də Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
**12:56
Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov noyabrın 5-də dəfn olunacaq.
Bu barədə onun ailəsindən məlumat verilib.
Bildirilib ki, sabiq nazirin cənazəsi bu gün Azərbaycana gətiriləcək və o, sabah Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.
Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.
**09:42
Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə vəfat edib
Senzor.az bildirir ki, bu barədə mərhumun ailəsindən məlumat verilib.
Qeyd olunub ki, sabiq nazir ürək çatışmazlığından dünyasını dəyişib.
Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür. Mərhumun harada dəfn olunacağı dəqiqləşdirilir.
Qeyd edək ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub. Son vaxtlar Türkiyədə müalicə olunurdu.