"Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı məsələ aktualdır. Artıq bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi hazırlanıb və üst qurumlarla razılaşdırılmalıdır".
Senzor.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, layihə razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim ediləcək.