Göyçayda narkotiki hoteldə gizlədən şəxslər saxlanıldı -
FOTO

Göyçayda narkotiki hoteldə gizlədən şəxslər saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Ağdaş rayon sakinləri, əvvəllər də oğurluq, eləcə də narkotik cinayətləri törətdikləri üçün məhkum olunmuşlar - Raqif Yusifov və Ruslan Allahverdiyev saxlanılıblar. Onların Göyçay şəhəri ərazisində yerləşən hotellərin birində müvəqqəti qaldıqları nömrəyə baxış keçirilərkən oradan bükümlərdə külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitə və psixotrop maddəni sosial şəbəkələrdə tanış olduqları əcnəbi narkotacirdən satmaq məqsədilə aldıqlarını bildiriblər. İzi itirmək məqsədilə Ağdaşdan Göyçaya gələrək hoteldə qalan dostlar həmin əcnəbi narkotacirdən aldıqları narkotik vasitəni burada bölüşdürərək hissə-hissə satmaq niyyətində olublar.

 

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.