Gəncədə əri tərəfindən bıçaqlanan qadının gözləri amputasiya edildi
VƏZİYYƏTİ ORTA-AĞIRDIR

Noyabrın 11-də Gəncə şəhərində əri tərəfindən bıçaqla gözü çıxarılan 1982-ci il təvəllüdlü H.Quliyevanın gözləri bu gün müalicə aldığı xəstəxanada amputasiya olunub.

 

"Report"un məlumatına görə, hər iki gözünü itirən qadın ömürlük görmə qabiliyyətndən məhrum olub, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Xatırladaq ki, Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Səttar Cəlilov özündən 17 yaş kiçik həyat yoldaşı H.Quliyevanın qollarını bağlayıb, daha sonra bıçaqla gözünü çıxardıb. Hadisəni törədən S.Cəlilov sonra özünü bıçaqlayaraq intihar edib.

 

Cütlüyün bir oğul və bir qızı var. Hadisə baş verən zaman qız övladı evdə olub və bütün olanlar onun gözü qarşısında baş verib.

 

Qeyd edək ki, hadisədən sonra həmin uşaqda psixoloji problemlər yaranıb. Hazırda ana nənəsinin nəzarətindədir






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.