İstanbulun mərkəzi küçəsi İstiqlalda törədilən terror aktını Suriyanın Kobani şəhərindən göndərilən və Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olan Suriya vətəndaşı törədib.
Bu barədə İstanbul Təhlükəsizlik İdarəsinin məlumatında deyilir.
Saxlanılan Suriya vətəndaşı Əhlam Əlbəşir dindirilmə zamanı PKK üzvü olduğunu etiraf edib.
Qeyd edək ki, noyabrın 13-də İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.