Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Aşağı Öysüzlü kənd sakini, 1985-ci il təvəllüdlü Rüstəmova Ramilənin bir neçə bıçaq zərbəsi alaraq qətlə yetirilməsi barədə məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, dərhal polis əməkdaşları və prokurorluğun nümayəndələri hadisə yerinə gedərək müvafiq araşdırmalar aparıblar. Qətlin mərhumun keçmiş həyat yoldaşı Xaliq Fərhad oğlu Rüstəmov tərəfindən törədildiyi məlum olub. RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov maddi sübutla birlikdə saxlanılaraq prokurorluğa təqdim edilib.
O, qadının boğazını kəsərək qətlə yetirib.
Faktla bağlı araşdırma davam etdirilir.