Bakıda bir qrup şəxsin kütləvi dava etməsinin görüntüləri yayılıb.
Görüntülərdə qadın və uşaqlardan ibarət şəxslərin əlbəyaxa davaya çıxdığı əks olunub. Hadisənin Badamdar qəsəbəsində yerləşən maşın bazarında baş verdiyi bildirilir.
"Qafqazinfo" məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb. DİN Mətbuat Xidmətinin şöbə rəisi Zeyni Hüseynov bildirib ki, məsələ araşdırılır: "Baş vermiş hadisə ilə bağlı polisə müraciət daxil olmayıb. Lakin yayılmış görüntülər ilə əlaqədar polis əməkdaşları tərəfindən artıq araşdırmalara başlanılıb".
Qeyd edək ki, görüntülər "Baku.ws" tərəfindən yayılıb.