Gələn ildən Azərbaycanda 5 faizli yod məhsulunun istehsalı nəzərdə tutulur.
Bu barədə "Azər-Yod" MMC-nin ofis meneceri Zümrüd Məmmədova məlumat verib.
O bildirib ki, hazırda zavodda xırda kristal yod-xammal istehsal edilir.
"Dərman pereparatı olan 5%-li yodun istehsalı 2023-cü ilin I rübündə nəzərdə tutulur. Bunun üçün xaricdən avadanlıq sifariş verilib və sənədləşmə işləri gedir. Hazırlıq prosesi başa çatandan sonra "Azər-Yod" MMC-nin ölkəni yodla təmin etməsi üçün mümkün olacaq" - deyə qeyd edilib.