Biləsuvarın Ağayrı kəndində iki nəfər dəm qazından zəhərlənib.
APA-nın verdiyi xəbərə görə, eyni evdə yaşayan 1962-ci il təvəllüdlü Əflat Tahirov və 1975-ci il təvəllüdlü Elmira Tahirova dəm qazından zəhərləniblər.
Zəhərlənən şəxslər rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.