Bakının Nizami rayonunda yerləşən şadlıq saraylarının birində bədbəxt hadisə baş verib.
“Report”un məlumatına görə, sərxoş olan 1987-ci il təvəllüdlü Umudov Bəhruz Rasim oğlu şadlıq sarayının 3-mərtəbəsinin eyvanında
məhəccərə söykənib. Lakin
məhəccər qırılıb və nəticədə B. Umudov yerə yıxılıb.
Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzikləri və kəllə sümüyünün sınıqları diaqnozları qoyulub.
Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.