Oktyabrın 15-dən itkin düşmüş Quba rayonu, Xaltan kənd sakini, 1953-cü il təvəllüdlü Ağaxan İskəndərovun meyiti tapılıb.
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, onun meyiti yaşadığı kənddən bir qədər aralıda dağlıq ərazidə tapılıb. Faktla bağlı hazırda Quba Rayon Prokurorluğunda araşdırma aparılır: "Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakı əlamətlərə xas olan xəsarətlər, o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib".