Reklamlarla bağlı qanun pozuntusu qeydə alınıb

Reklamlarla bağlı qanun pozuntusu ən çox Bakı, Şəki və Sumqayıtda qeydə alınıb


Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.


Qeyd olunub ki, bu ilin 6 ayı ərzində ölkə üzrə açıq məkanda qanunvericiliyin tələblərinə uyğun olmayan 4 327 reklamın yayımı dayandırılıb.


Həmin müddətdə açıq məkanda reklam yerləşdirmək üçün ADRA-ya ümumilikdə 22 827 müraciət daxil olub. Müraciətlərin bəzisində bir neçə reklamın qeydiyyata alınması nəzərdə tutulduğundan ümumulikdə verilən icazə sənədlərinin sayı 95 948-dir.


“Ticarət obyektlərinin daha çox paytaxtda cəmləndiyini nəzərə alsaq, müvafiq olaraq açıq məkan reklamları ilə bağlı ən çox qanun pozuntusu da Bakıda (1 350 reklam) aşkarlanıb. Sıralamada növbəti yerlərdə 1 288 ədəd olmaqla Şəki və 682 ədəd olmaqla Sumqayıt Şəhər Regional Reklam İdarələrinin nəzarətindəki ərazilər gəlir. Qanun pozuntuları əsasən icazə sənədləri olmadan açıq məkanda reklam yayımlama ilə bağlıdır”, - ADRA-dan “Report”un sorğusuna cavab olaraq bildirilib.


Müvafiq icazə sənədi olmadan reklam yayımı həyata keçirən sahibkarlıq subyektinin sayı 5 340 olub. Sənədsiz yayımlanan reklamların 167-si tarixi binaların payına düşüb.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.