Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə 1 ədəd kreslo, 1 ədəd ütü və lambirdən ibarət tavan 5 m² sahədə yanıb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə xəstəxanaya aparılıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
“Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - məlumatda vurğulanıb.