Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə “Əməkdar jurnalist” fəxri adı və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Əliyev İlham Yaylaqalı oğlu və Musayev Alqış Həsən oğluna “Əməkdar jurnalist” fəxri adı verilib.
Bundan əlavə, Xəlilov Zahid Abdulla oğlu, Şadlinski Vaqif Bilas oğlu və Vəliyev Misirxan İzzət oğluna isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Onlar Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə təltif olunublar.