Bakıda anadan olmuş Rusiya yazıçısı İlya Ştemler Sankt-Peterburq şəhərində, 89 yaşında vəfat edib.
TASS xəbər verir ki, onun ölüm səbəbi koronavirus infeksiyası (COVID-19) olub.
Qeyd edək ki, İlya Ştemler 1933-cü ildə Bakıda, Rus Dram Teatrının əməkdaşı Pyotr Ştemlerin ailəsində anadan olub. O, texniki təhsil alsa da özünü ədəbiyyata həsr edib. “Qalmaq üçün getmək”, “Taksopark, Univermaq, Arxiv” və başqa əsərlərin müəllifidir.