“Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı” təsdiq edilib.
Nazirlər Kabinetindən Senzor.az-a verilən məlumata görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
“Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli qərarı isə ləğv edilib.