Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Senzor.az bildirir ki, layihəni qanunverici orqanın Əmək və sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı təqdim edib.
Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.