Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda bıçaqlama hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Mahmudkənd kəndində qeydə alınıb.
Kənd sakini, 35 yaşlı Rahid Əliyev qısqanclıq zəminində arvadı - 30 yaşlı Türkanə Əliyevanı və qardaşı - 37 yaşlı Hüseyn Əliyevi bıçaqlayıb.
R.Əliyev hadisəni törətdikdən sonra polisə könüllü təslim olub.
Faktla bağlı Şərur Rayon Polis Şöbəsində araşdırma aparılır.