Gəncədəki kütləvi davada ölənlərin sayı artdı
YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən kütləvi davada bıçaqlananlardan biri - 1994-cü il təvəllüdlü Niyazi Bayramov dünyasını dəyişib.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

 

Olayda bir nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı və xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı.

 

**01:38

 

Gəncədə 1 nəfərin ölümü, 2 nəfərin bıçaqlanması ilə nəticələnən insidentin bəzi təfərrüatı məlum olub.

 

“Qafqazinfo” xəbər verir ki, dava qohumlar arasında baş verib.

 

Hətta öldürülən Əli Bayramov 3 ay Kamal Bayramovun evində qalıb. Bu müddət ərzində Ə.Bayramov ailədən olan bir nəfərdən ilk dəfə 5 min, ikinci dəfə isə 2700 manat alıb. Amma pulları qaytarmayıb. Mübahisə də bu səbəbdən yaranıb.

 

Kamal Bayramovun anası Ofelya Bayramova hadisənin bəzi təfərrüatı haqqında məlumat verib: “Dünən bu vaxtı Əlinin qaynanasına zəng etdim ki, bizim pulumuzu alıb qaytarsın. Telefonu qadının əlindən alaraq dedi ki, tapançam var - gəlib sizi öldürəcəm. Sonra isə hazırda yaralı olan oğluma dedi ki, filan yerə gəl. Mən qoymadım və qapını bağladım. Sonra işə getdim. Qayıdan zaman eşitdim bu hadisə baş verib”.

 

Məlumat üçün bildirək ki, qətli törədən K.Bayramov tarix müəllimi, qətlə yetirilən Ə.Bayramov isə Daşkəsən rayonunda ingilis dili müəllimi işləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.