Azərbaycanda əmək pensiyaçıları arasında qadınların payı 56%, kişilərin payı isə 44% təşkil edir.
Senzor.az xəbər verir ki, bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, əmək pensiyaçılarının 707 001 (yeddi yüz yeddi min bir) nəfəri və ya 58,89%-i yaşa görə, 347 298 (üç yüz qırx yeddi min iki yüz doxsan səkkiz) nəfəri və ya 28,93%-i əlilliyə görə, 146 176 (yüz qırx altı min yüz yetmiş altı) nəfəri və ya 12,18%-i isə ailə başçısını itirməyə görə pensiya alır.